Accessibility links

Son sutkada Azərbaycanda 40 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 335 836 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 084 nəfər müalicə olunaraq sağalıb, 4 968 nəfər vəfat edib. Aktiv xəstə sayı 784 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 213, bu günə qədər isə ümumilikdə 3 728 712 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 3 348 427, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 138 684, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 209 743 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə veriləcək.

XS
SM
MD
LG