Accessibility links

"Son 2 ay ərzində 12 hərbçi dünyasını dəyişib"


“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 12 nəfər təşkil edib. Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 17 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli həmçinin müvafiq dövrdə dünyalarını dəyişənlərin 4-nün döyüş, 8-nin isə qeyri-döyüş itkiləri olduğunu vurğulayıb:
"2 - nəfər avtoqəzadan, 2- nəfər xəstəlikdən dünyasını dəyişib. 4 nəfərsə intihar edib. Dünyasını dəyişənlərin 11-i Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin hərbi qulluqçularıdır".


Yaralılara və xəsarət alanlara gəlincə (17 nəfər) C.Sümərinli bildirib ki, onların 7-si qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 2-si intihara cəhddən, 2-i rəqib tərəfin gülləsindən, 1- nəfər mina partlayışından, 5-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 14 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.


Müvafiq dövrdə Azərbaycanın bir mülki vətəndaşı Ermənistan tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda bir Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb. Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.
XS
SM
MD
LG