Somalinin paytaxtındakı restoran yaxınlığında partlayış 12 nəfərin ölümü, 20-dən çox insanın yaralanmasına səbəb olub.
Partlayıcı qurğu maşına yerləşdirilib.
Şahidlərin dediyinə görə, həmin maşın restoran önündəki parkinqdə saxlanılıb.
Xəstəxanaya daşınılan yaralıların 6-sı yolda keçinib.
Hücumun məsuliyyətini üzərinə alan olmasa da, mütəmadi şəkildə mehmanxanalar və restoranları hədəf alan Əl-Şəbab ekstremist qrupunun dəst-xəttinin əlamətləri müşahidə edilib.