Accessibility links

Somalidə partlayış: 6 ölü, 15 yaralı var


Şahidlər və təhlükəsizlik rəsmilərinin bildirdiyinə görıə, Somalinin Cənubqərb Ştatının inzibati paytaxtı Baidoada hökümətin təhlükəsizlik keçid məntəqsədinin partladılması nəticəsində azı beş nəfər öldürülüb, səkkizdən çox insan yaralanıb.

Moqadişudan 250 kilometr qərbdə yerləşən Baidoanın rəsmiləri Amerikanın Səsinin Somali xidmətinə bildirib ki, partlayış şəhərin cənub hissəsində hökümətin vergi toplama məntəqəinə yerləşədirilmiş uzaqdan idarə olunan minanın partlaması nəticəsində baş verib.

“Partlayışda dörd mülki vətəndaş və bir hökümət əsgəri həlak olub, səkkiz nəfər xəsarət alıb,” Baidoa rayonunun komissarı Həsən Moallim Bikole bildirib. O, yaralıların xəstəxanada müalicə olunduqlarını bildirib.

Bikole onların çoxunun mülki vətəndaşlar olduğunu söyləyib.

Somalinin paytaxtı Moqadişuda isə intiharçı bomba hücumçusu maşınını hökümətin vergi idarəsinin önündə partladaraq yeddi nəfəri yaralayıb.

“Təhlükəsizlik qüvvələri vergi idarəsinin binasının önündə doğru sürətlə hərəkət edən maşından şübhələniblər. Binanı mühafizə edən polis zabitləri maşının hədəflədiyi yerə doğru getməsinin qarşısını alıb və nəticədə sürücü maşını yaxınlıqdakı divara çırpıb və ardınca özünü partladıb,” polis idarəsinin sözçüsü Sidiiq Dodiş bildirib. O, partlayış nəticəsində beş polis zabitinin yaralandığını deyib.

Şahidlər yoldan keçən iki mülki şəxsin də kiçik xəsarətlər aldığını bildirib.

Heç bir hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Lakin son illərdə Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbab militant qrupu Somalidəki bənzər hücumların məsuliyyətini üzərinə götürüb.

Somali höküməti hər iki hücumu qınayıb və bu cür insidentlətdin onların ökəni sabitləşdirmək səylərinin qarşısını ala bilməyəcini deyib.

Hökümət sözçüsü İsmail Muxtar Ömər bomba hücumlarının arxasında Əl-Şəbabın olduğunu söyləyib.

Moqadişu sakinləri deyib ki, bu, onların dekabr ayından bəri eşitdikləri ən böyük partlayış olub.

Somali təhlükəsizlik qüvvələrinin hökümət idarələrinə aparan yollara əngəllər yerləşdirmək kimi şəhərdə gördükləri tədbirlərin hərbi bazalar, otellər, restoranlar və başqa ictimai məkanları hədəf alan hücumların sayının azalmasına gətirib çıxardığı ehtimal olunur.

XS
SM
MD
LG