Moqadişuda Somali təhlükəsizlik qüvvələrinın Əl-Şabab döyüşçülərinın olduğu restoranı mühasirəyə almasından sonra 11 saata qədər davam edən atışma nəhayət sona çatıb.
Rəsmilərin Amerikanın Səsinə verdiyi məlumatda atışma zamanı azı 19 mülki vətəndaşın qətlə yetirildiyi bildirilib.
Hücuma çərşənbə günü axşam avtomobilə yerləşdirilmiş bombanın Pizza House və Posh Treats restoranları yaxınlığında partlamasından sonra keçilib.
Şahidlərin dediyinə görə, əvvəlcə Posh Treats restoranına, sonra isə Pizza House restoranına keçən silahlılar təhlukəsizlik qüvvələri tərəfindən müqavimətlə qarşılaşıb.
Moqadişu Polis İdarəsinin mayoru Abdifəttah Bəşir Əli təhlükəsizlik qüvvələrinin əməliyyata yerli vaxtla səhər saat 6 radələrində başladığını və restoranda gizlənən yaraqlılara qarşı əməliyyatın nailiyyətlə başa çatdığını bildirib.
Təhlükəsilik qüvvələrinin mənbələrinə istinadən qarşıdurma zamanı xüsusi təyinatlı qüvvələrin 5 üzvünün də öldürüldüyü, 26 nəfərin yaralandığı deyilib.