Accessibility links

Somalinin hökumət qüvvələri əl-Şəbəb döyüşçülərinin şəhərdən çıxmasından sonra Moqadişu küçələrinə nəzarət edir


Əl-Şəbəb döyüşçüləri
Əl-Şəbəb döyüşçüləri

Əl-Şəbəb döyüşçülərinin Somali paytaxtından gözlənilmədən çıxmasından bir gün sonra hökumət qüvvələri və Afrika Birliyinin sülhümühafizə qüvvələri Moqadişu küçələrində keşik çəkir. Somalinin baş naziri Abdiveli Məhəmməd Əli əl-Şəbəb yaraqlılarının qüvvələrini paytaxtdan çəkməsini ölkədə sabitliyin əldə edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. Lakin əl-Qaidə əlaqəsi olan qrupa mənsub silahlı döyüşlərin bir hissəsi şəhərdə qalmağa davam edir. Bazar günü toqquşmaların baş verdiyi haqda məlumat verilib. Əl-Şəbəb qrupunun sözçüsünün döyüşçülərin çəkilməsinin hərbi taktikanın dəyişməsi olmadığı və islamçı qrupun döyüşməyə davam edəcəyini dediyi xəbər verilir. Əl-Şəbəb yaraqlıları Somalinin aclığın hökü sürdüyü və beynəlxalq yardım agentliklərinin getməsinə icazə verilmədiyi cənub bölgələrinin əsas hissəsinə nəzarət edir.

XS
SM
MD
LG