Accessibility links

Solar İmpulse 2 Atlantik okean üzərində uçuşu müvəffəqiyyətlə başa vurub


Günəş enerjisi ilə işləyən təyyarə Nyu-Yorkdan göyə qalxdıqdan 71 saat sonra İspaniyanın Sevilya şəhərində yerə enib.

Bir oturacaqdan ibarət Solar İmpuls 2 təyyarəsi bazar ertəsi günü səhər Nyu-Yorkun Con Kennedi havalimanından dünya boyu səyahətinin 15-ci dayanacağına yetişmək üçün havaya qalxıb.

Təyyarənin uçuşunun bu hissəsini isveçrəli pilot Bertrand Pikkard icra edib. Günəş enerjisi il işləyə təyyarənin sürəti saatda 70 kilometr olub.

Karbon lifli materilından hazırlanmış təyyarənin 72 metr uzunluğunda iki qanadı var. Təyyarənin qanadında quraşdırılmış 17 min günəş batareyası günəş enerjisində istidafə edir və təyyarənin göyərtəsindəki batareyaları doldurur.

Pikkardın partnyoru Andre Borsçberq son dayanacaq olan Sevilyadən Əbu Dabiyə olan uçuşu həyata keçirəcək. Təyyarə dünya səyahətinə 2015-ci ilin mart ayında Birləşmiş Ərəb Əmirliklərindən start başlayıb.

XS
SM
MD
LG