Accessibility links

SOCAR 250 milyon dollar kredit alıb


SOCAR
SOCAR

“UniCredit Bank Austria” “SOCAR Trading Group”un tərkibinə daxil olan bir neçə şirkət üçün 250 milyon dollar məbləğində kredit ayırıb.

AZƏRTAC agentliyi xəbər verir ki, kredit müvafiq şirkətlərin ticarət fəaliyyətinə dəstək vermək məqsədilə ayrılıb. Saziş üzrə hüquqi məsləhətçi qismində Böyük Britaniyanın “Norton Rose Fullbright” şirkəti çıxış edir.

Mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etmək üçün 2007-ci ilin dekabrında təsis olunub.

SOCAR-ın kredit alması müxalifət tərəfindən ciddi tənqidlə qarşılanıb.

Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Facebook səhifəsində yazıb ki, bu yoxsulluqla amansız mübarizə aparan xalqa qarşı neqativ xəbərdir.

“Avropa futbol çempionatına sponsorluğa 120 milyon manatı yenicə xərcləmiş Dövlət Neft Şirkətimiz (SOCAR) indi də Avstriya bankından 250 milyon dollar kredit aldı. Ötən il “Qazprombank”dan 489 milyon dollar, Azərbaycan Beynəlxalq Bankından 1 milyard 291 milyon manat, 2014-cü ilin dekabrında isə Kanadadan 3.3 milyard dollar kredit almışdılar. Böhrandan əvvəl də SOCAR-ın xarici borcu 6.9 milyard dollar idi. Lakin SOCAR dayanmaq bilmir. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankından 2 milyard dollar, Koreyanın “Eximbank”ından isə 1 milyard avro kredit almaq istəyir. Fikirləşirsiniz ki, bəs SOCAR bu qədər borcun altından necə çıxacaq? Əlbəttə, bizim hesabımıza. Ya büdcədən, Mərkəzi Bankdan kömək ediləcək, ya da yanacağın qiyməti qaldırılacaq. İndi əmin oldunuz ki, dünyada futbolun, cüdonun və s. inkişafı adı ilə dağıdılan, korrupsiya layihələrilə mənimsənilən pullar bizim pullardır?”, o sual edir.

Kreditin alınması və müxalifətin tənqidi fikirləri ilə bağlı SOCAR hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG