Accessibility links

Snoudenin kitabı 20 ölkədə çapdan çıxacaq


ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sabiq kontraktoru Edvard Snoudenin memuarları dərc edilib.

Cümə axşamı günü Metropolitan Books bildirib ki, "Şəxsi iş" adlı kitab sentyabrın 17-də işıq üzü görəcək.

ABŞ və Britaniya daxil edilməklə, kitab 20 ölkədə satışa çıxarılacaq.

Kitabın ABŞ hökumətinin öz vətəndaşlarını necə izlədiyinə dair yeni disskussiyalara yol açacağı gözlənilir.

ABŞ və Britaniya daxil edilməklə, kitab 20 ölkədə satışa çıxarılacaq.

Naşirin bildirdiyinə görə, Snouden kitabda 2013-cü il mənəvi böhrandan, məxfi məlumatları ictimaiyyətə nəyə görə sızdırmasından bəhs edir.

ABŞ-ın itthamlarına əsasən axtarışda olan Snouden Moskvada sığınacaq alıb.

Eduard Snouden
Eduard Snouden

O, kəşfiyyat məlumatlarını ictimaiyyətə açıqlamaqda ittiham edilir, lakin bəzi hüquq müdafiəçiləri ona dəstək verir.

Snoudenin fəaliyyətlərinin bəzi aspektləri Oskar mükafatına layiq görülən "Citizenfour" sənədli filmində və rejissor Oliver Stounun "Snouden" bədii filmində də öz əksini tapıb.

XS
SM
MD
LG