Mayının sonlarında Bakıda keçirilməsi planlaşdırılan Eurovision müsabiqəsinin təşkilatçılarından İctimai TV-nin direktoru İsmayıl Ömərov mahnı müsabiqəsinə hazırlaqla bağlı Amerikanın səsinə müsahibə verib. Ciddi hazırlıqların getdiyini bildərən cənab Ömərov Eurovisionda qələbə Azərbaycan üçün avropalıların ən böyük hədiyyəsi - Azərbaycan musiqinə verilən dəyər olduğunu dilə gətirib. İsmayıl Ömərov müsabiqəyə hazırlıq prosesi qələbənin səhərisi günündən başlayıb: "Bu işdə cəmiyyətimizin bütün təbəqələri yaxından kömək etmək istəyindədir. Eurovision-un Bakl müsabiqəsi çox möhtəşəm, yadda qalan və bəlkə də nağılvari olacaq".
Cənab Ömərovun sözlərinə görə, bir neçə dəfə Bakıda olan Avropa Yayımlar Birliyinin işçi qrupu da bu fikirdədir. O deyir ki, İctimai TV-nin nə internet, nə yayım, nə televiziya, nə peyk vasitələri, nə də texniki vəsait ilə əlaqəli heç bir çətinliyi olmayacaq.
Müsahibə zamanı cənab Ömərov habelə xarici jurnalistlərə və turistlərə yaradılacaq şəraitə də toxunub. Onun sözlərinə görə, bu barədə heç bir məhdudiyyət olmayacaq. "Bütün bunlar onu göstərir ki, Eurovision yarışması Azərbaycanın tanınmağında böyük rol oynayacaq və insanlar respublikamızdan çox ciddi xəbər tutacaq. Bu da ölkəmizin çox böyük təbliğidir" - deyə İsmayıl Ömərov bildirib.
Müsahibəyədə tam olaraq buradan qulaq asın: