Öskürək və ya burunaxma zamanı buna allergiya, qrip və ya sadə bir soyuqdəymənin səbəb olduğunu müəyyən etmək çətindir.
Sahib olduğu üç sensorla insan tərindən məlumatları toplayan kiçik qolbaq bu işi asanlaşdırır.
Şalini Prasad, Texas Universiteti: “Çox vaxt biz yayılan xəstəliklərin əksəriyyətini allergiya və ya soyuqdəymə ilə əlaqələndiririk. Lakin əslində, bədəndə iltihabla əlaqəli bir çox biomarkerlər var ki, onlar virusların infeksiya salması nəticəsində yüksələ bilir. Bütün bunların bizim asqırmağımızdan və ya hər hansı fiziki əlamətləri göstərməyimizdən əvvəl baş verir. Buna görə də tər biyomarkerlərin səviyyəsini ölçmək üçün vacib mənbədir. Avtomobildəki mühərrik yoxlama xəbərdarlığı kimi düşünün.”
Qolbaqlar həmçinin diabetiklərə qan almadan, sadəcə tər vasitəsiylə qandakı şəkərin səviyyəsinə nəzarət etməyə imkan verir.
Şalini Prasad: “Bunun üçün sizin qaçmağa və ya hər hansı bir fiziki fəaliyyət görməyinizə ehtiyac yoxdur.”
Qolbaq həmçinin mayalanmaya zərər verən stressin səviyyəsini ölçməklə cütlüklərə ailə planlaşdırmasına kömək edə bilir.
Şalini Prasad: “Təsəvvür edin ki, stress səviyyəsinin ən aşağı olduğu, mayalanma dövrünün ən uyğun olduğu zamanı müəyyən edərək, sizə hamilə qalmaq üçün ən doğru vaxtı deyəcək qolbağınız var. Bu zaman hamilə qalmaq fürsəti daha ucuz və effektiv olur.”
Nəticələr istifadəçinin telefonunun ekranın öz əksini tapır.
Alimlər həmçinin yeni daşınan karbon dioksid qaz analizatorunun digər məlumat növlərini toplamaqda kömək edə biləcəyinə ümid edir.
Ambalika Tanak, Texas Universiteti: “Bunu ətraf mühit şəraitində nəfəsalmanın real konsentrasiyasının hesabatını verən nəfəs təhlil cihazı kimi düşünün. Bunu da istifadə etdiyimiz çox unikal sensor elementi sayəsində edə bilirik.”
Qolbaq çox asan şəkildə avtomobil və ya otaqdakı karbon dioksid qazının səviyyəsini ölçə bilir. Alimlər ümid edirlər ki, bu alət tezliklə digər qazlarla birlikdə alkoqol və ya narkotikin səviyyəsini ölçə biləcək.
Ambalika Tanak: “Bu, nəfəs səviyyəsini ölçən nəfəs tətbiqetməsi sayəsində mümkün ola bilər. Beləliklə, onu başqa bir dərmanla birləşdirərək içəridə olan narkotik molekullarının səviyyəsini görə bilərik.”
Hər iki cihaz universitet laboratoriyasında dizayn və istehsal edilib.
Aşleşa Bide, Texas Universiteti: “Bütün hissələri ilə birlikdə hər iki cizah Texas Universitetinin Dallas şəhərində yerləşən fabrikində hazırlanıb. Biz komponentləri ayrı-ayrılıqda hazır edərək, daha sonra bu laboratoriyada onları birləşdirdik.”
Növbəti addım bu cihazları geniş ictimaiyyət üçün əlçatan etdirməkdir.