Accessibility links

Sloveniyada hökümət əleyhinə etiraz aksiyası keçirilib


Sloveniyada etiraz
Sloveniyada etiraz

Cümə günü Sloveniyanın paytaxtı Lublyanada minlərlə velosipedçi baş nazir Yanez Yanşanın höküməti və onların koronavirusa mübarizə səbəbilə tətbiq etdikləri məhdudiyyətlərə etiraz etmək məqsədilə şəhərin mərkəzində nümayiş keçirib.

Velosipedçilər “oğrular, oğrular” deyə şüarlar səsləndirib. Bu etiraz ötən ay Sloveniya televiziyasında hökümətin üz maskaları və ventilyatorların alışında korruspiyada ittiham olunmasından sonraya təsadüf edib.

Hökümət ittihamları rədd edir.

Mərkəz-sağçı hökümət ondan öncəki mərkəz-solçu hökümət parlamentdə kifayət qədər dəstəyə sahib olmadığı üçün istefa edəndən sonra hakimiyyətə gəlib.

Vətəndaş cəmiyyəti qrupları tərəfindən təşkil olunan etiraz son həftələrdə keçirilən ən böyük etirazdır. Velosipedçilər cümə günü Sloveniyanın ikinci ən böyük şəhəri Mariborda da kiçik miqyaslı nümayiş təşkil edib.

Velosipedçilər Sloveniya bayrağını və üzərində “İşçilərin maaşlarını artırın”, “Diqqət hökümət iflasa uğrayır”, “Birlikdə güclüyüz” şüarları yazılan plakatları nümayiş etdirib. Onların çoxunun üzlərində maskaları olub.

“Mən bu hökümətin getməsini istəyirəm. Onlar bizim gələcəyimizi əlimizdən alır”, epidemiya zamanı ictimai toplantılara tətbiq olunan qadağanı pozduğuna görə cərimə olmaqdan qorxduğu üçün adını açıqlamayan etirazçı deyib.

Polis parlament binasını mühasirə edib, etirazçıların üzərində isə polis helikopteri uçub.

“Biz insanları ictimai sağlamlığı qorumaq üçün tətbiq olunan qaydalara əməl etməyə çağırırıq”, polis deyib. Onlar nümayişdə neçə nəfər etirazçının iştirak etdiyini deməsə də, zorakılığın olmadığını bildirib.

Sloveniya martın ortalarında geniş miqyaslı bağlama tədbirləri görüb. İndiyədək ölkədə 145o yoluxma, 100 ölüm halı qeydə alınıb.

Hökümət aprelin 20-də məhdudiyyətləri qaldırmağa başlayıb və maşın təmirxanaları və bəzi mağazaların yenidən açılmasına icazə verib. Barlar və restoranların isə bazar ertəsindən etibarən açıq məkanda fəaliyyət göstərmələrinə icazə veriləcək.

Növbəti həftədən başlayaraq ictimai nəqliyyat vasitələri fəaliyyətlərini bərpa edəcək və bəzi şagirdlərin mayın 18-dən etibarən dərsə gedəcək.

İnsanlar bağlı ictimai məkanlarda üzlərinə maska taxmalı, hər hansı ictimai məkanda isə aralarında 1.5 metr məsafə saxlamalıdırlar.

Hökümət koroanvirusun təsirinə məruz qalan vətəndaşlar və şirkətlərə 3 milyar avro pul ayırıb.

Hökümətin UMAR makroiqtisadiyyat institutunun məlumatına görə, Sloveniya iqtisadiyyatının bu il 8 faiz geriləcəyi gözlənilir, lakin karantin rejimi gözləndiyindən daha uzun müddət davam etsə bu rəqəm 15 faizədək arta bilər.

XS
SM
MD
LG