Accessibility links

Slovakiyanın Presov şəhərindəki yaşayış binasında partlayış olub


Cümə günü Slovakiyanın şərqi Presov şəhərindəki yaşayış binasında qaz partlayışı 5 nəfərin ölümünə səbəb olub.

12 mərtəbəli binanın üst beş mərtəbəsində baş verən yanğın damın və daxili pilləkənlərin çökməsinə səbəb olub.

Binanın tamamilə çökmə təhlükəsinə baxmayaraq, 85 nəfər yanğınsöndürən binanın daxilində qalaraq, yanğını söndürməyə çalışıb.

Şəhərin meri Andrea Turkanova təxminən yarım əsrdə 90 min əhalisi olan şəhərdə baş verən ən böyük faciədə çox sayda yaralının olduğunu deyib.

Xilasedicilərin dediyinə görə, onlar binada görə bildikləri bütün insanları təxliyə edib. Binada neçə nəfərin olduğu məlum deyil.

XS
SM
MD
LG