Accessibility links

Slovakiyada parliament seçkiləri keçirilir


Bu gun Slovakiyada parliament seçkiləri keçirilir. Bu ölkənin miqrantlar üçün əsas dayanacaq olmasa da, qaçqın böhranı seçkilərə təsirsiz keçməyib.

Hakim Smer partiyasından baş nazir Robert Fikonun korrupsiya qalmaqalı, habelə müəllimlər və tibb bacılarının aşağı maağlarına görə etirazlar səbəbi ilə parlamentdə bir çox yeri itirəcəyi gözlənilir.

Robert Fiko
Robert Fiko

Lakin Fikonun mühacirət siyasəti onun seçicilər arasında rəğbətini artırıb.

Slovakiya Polşa və Macarıstan kimi miqrantlar qarşısına sərt xətt çəkib. Bu ölkələr çox az sayda qaçqın qəbul edib.

Fico qaçqınlar arasında terrorçuların Avropaya keçə biləcəyini iddia edir.

Rəy sorğularına görə, Smer partiyası 150 yerli parlamentdə 30 faiz yer ala bilər. Bunun üçün partiyanın koalisiyaya ehtiyacı olacaq.

Parlament uğrunda yarışlarda 23 partiya iştirak edir.

XS
SM
MD
LG