Slovakiya höküməti xüsusi xidmətlərin məlumatına əsaslanaraq rus diplomatını ölkədən göndərmək qərarına gəlib.
Slovak baş nazir Petro Pelleqrininin sözlərinə görə, diplomatik nümayəndə öz vətəninə noyabrın 22-i göndərilib və o, Slovakiyanı 48 saat ərzində tərk edib.
Casusluqda şübhəli şəxsin adı açıqlanmayıb.
Rəsmi Bratislava diplomatın həm Slovakiya, həm də NATO haqda məxfi məlumatları toplamaqla məşğul olduğunu bildirib.
Rusiya tərəfi hələ bu bəyənata şəth verməyib.