Accessibility links

Slovakiya Ukraynaya daha 9 "MiQ-29" döyüş təyyarəsi verib


Slovakiyanın Müdafiə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, Ukraynaya vəd etdiyi Sovet dövründən qalma 13 ədəd "MiQ-29" döyüş təyyarəsindən qalan doqquzunu təhvil verib.

Nazirlik bildirib ki, döyüş təyyarələri "mürəkkəb logistika əməliyyatı" çərçivəsində təhlükəsizlik məqsədilə qurudan daşınıb. İlk 4 təyyarə Slovakiyadan Ukraynaya martın 23-də ukraynalı pilotlar tərəfindən aparılıb.

Müdafiə naziri Yaroslav Nad açıqlamasında "Biz düz iş görürük" deyib.

Slovakiya hökuməti martın 17-də Ukraynaya planlaşdırılan Sovet dövründən qalma "MiQ-29" təyyarələrinin hamısını təsdiqləyib və Ukraynanın Rusiyanın işğalından müdafiəsinə yardım etmək üçün döyüş təyyarələri tələbinə cavab verən ikinci NATO üzvü olub.

Slovakiya keçən yay ehtiyat hissələri və texniki xidmət təcrübəsinin olmaması səbəbindən "MiG"lərini dayandırmışdı. NATO üzvü olan qonşu Polşa və Çexiya Slovakiyanın hava məkanını izləmək işinə başlayıb.

"MiQ-29"ların dəyişdirilməsi bir il sonra ola bilər. Slovakiya daha əvvəl ABŞ-dan 14 ədəd F-16 Block 70/72 döyüş təyyarəsi almaq üçün müqavilə imzalamışdı. Lakin ilk təyyarə 2024-cü ilin əvvəlində gələcəyinə görə tədarük iki il geriyə atılıb.

ABŞ Ukraynaya verdiyi qırıcılara görə təzminat olaraq, Slovakiyaya 12 yeni hərbi vertolyot təklif edib. Müqaviləyə əsasən Slovakiya təxminən 1 milyard dollar dəyərində "Bell AH-1Z" hərbi vertolyotları üçün 340 milyon dollar ödəyəcək. ABŞ-ın xarici hərbi maliyyəsi qalan 660 milyon dolları ödəyəcək.

XS
SM
MD
LG