Accessibility links

İslam Partiyasının qərargahında və partiya sədrinin evində axtarış aparılıb


İslam Partiyasının qərargahında və partiya sədrinin evində axtarış aparılıb
İslam Partiyasının qərargahında və partiya sədrinin evində axtarış aparılıb

Azərbaycan İslam Partiyasının sədri və fəallarının həbsinə yol açan cinayət işinin istintaqı davam edir

Respublika Prokurorluğunun əməkdaşları Azərbaycan İslam Partiyasının Bakıdakı mərkəzi qərargahında və partiya sədri Mohsüm Səmədovun evində axtarış aparıb.

Turan Agentliyinin məlumatına görə, axtarış başa çatdıqdan sonra Baş Prokurorluğunun əməkdaşları partiya qərargahının qapılarını möhürləyib. Qərargahdakı kompüterlər, CD-lər, partiyanın sənədləri, bir sıra kitablar müsadirə olunub.

Müstəntiq bildirib ki, qaldırılmış cinayət işi ilə bağlı qərargahın qapısı ən azı 3 gün möhürlü qalacaq.

İslam Partiyasının sədrinin evində də axtarış aparılıb. Axtarışa rəhbərlik edən Respublika Prokurorluğu İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Vüqar Nəsibov yerli mediaya bildirib ki, məhkəmə Mövsüm Səmədov barəsində açılmış müfaviq cinayət işi ilə bağlı onun evində axtarış aparılması barədə qərar qəbul edib.

İslam Partiyasının sədri Mövsüm Səmədov yanvarın 7-də saxlanıb. O, terrorçuluğa hazırlıq cinayət işi üzrə şübhəli bilinir. Partiya lideri həbsini siyasi adlandırıb. Belə ki, M.Səmədov yanvarın 2-də iqtidarı kəskin tənqid edən bəyanatla çıxış edib.

XS
SM
MD
LG