1990-cı ildən bəri, yəni 2 yaşından İsveçdə yaşayan Aida Kərimli Iranın Təbriz şəhərində dünyaya gəlib.
“Siyasəti mən seçmədim, siyasət məni seçdi” deyən Aida xanım siyasi bir ailənin övladı olduğunu deyib.
Yaşıl Liberal partiyasından namizədliyini irəli sürən Aida Kərimli əyalət parlamentində birinci namizəd olduğunu bildirib.
Ölkədə yaşanan siyasi qeyri-müəyyənliyin həlli ilə bağlı nikbinliyini dilə gətirən Aida Kərimli vəziyyətin yaxşı nəticələnəciynə ümidini ifadə edib.
Anti-miqrant və anti-mühacirət əhval ruhiyyəsinin yüksək olduğu İsveçdə bu problemin seçkilərə təsirini önə çəkən Aida Kərimli müharibədən qaçan insanların qəbulunu humanizm kimi qiymətləndirib.
Özündən böyük bacısı Aylinin də siyasi həyatından danışan Kərimli onun 11 yaşından Sosial Demokrat Partiyasında çalışdığını önə çəkib.
Uzun zamandır İran Azərbaycanı problemlərini diqqətə çatdıran Aida xanım Urmiyə gölünün qurudulmasını faciə adlandrıb.
Aida Kərimli Urmiyə gölünün qurudulmasını xalqa qarşı böyük haqsızlıq hesab etdiyi və bu problemin dünyaya çatdırılması səylərini davam etdirəcəyinə söz verib.