Accessibility links

Siyasi partiyaların qanunları pozmasına görə cəza tədbirləri sərtləşdirəcək


Milli Məclis
Milli Məclis

Parlamentə təqdim olunmuş düzəlişlər qanunvericilik normalarının pozulmasına görə siyasi partiyalara qarşı cəza tədbirlərinin sərtləşdirilməsini nəzərdə tutur

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi “Siyasi partiyalar haqqında” qanuna düzəlişlərin layihəsinə və digər qanunvericilik aktlarına baxaraq parlamentin müzakirəsinə tövsiyə edib.

Düzəlişlər qanunvericilik normalarının pozulmasına görə siyasi partiyalara qarşı cəza tədbirlərinin sərtləşdirilməsini nəzərdə tutur.

Komitə rəhbəri Əli Hüseynovun sözlərinə görə, siyasi partiyaların yerli şöbələrinin özünüidarəetmə orqanlarının fəaliyyətinə müdaxiləyə görə;

- Onların dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxiləsinə görə;

- “Siyasi partiyalar haqqında” qanunla qadağan olunmuş qrantların və ya digər yardım formalarının alınmasına görə;

- xarici siyasi partiyaların filiallarının yaradılmasına və xarici siyasi partiyaların və hərəkatların təsis olunmasına görə;

- partiyanın ləğvindən sonra siyasi fəaliyyətə görə;

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeniliklərə əsasən həmin pozuntulara görə hüquqi şəxslər 8-15 min manat, vəzifəli şəxslər 1,5 - 3 min manat, fiziki şəxslər 750 - 1,5 min manat cərimə olunacaq.

Təkrar pozuntu zamanı fiziki şəxsləri 1,5 - 3 min manat, vəzifəli şəxsləri 3 - 6 min manat, hüquqi şəxsləri 15 - 30 min manat cərimə gözləyir.

Bundan əlavə, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik siyasi partiyalara üzv olmağa və ya sıralarında olmağa məcbur etməyə görə 1,5-3 min manat cərimə və ya 2 il mddətinə ictimai iş və 2 il müddətinə azadlıqdan məhrumetmə nəzərdə tutulacaq.

Layihə Milli Məclisin yaxın plenar iclasına təqdim olunacaq.
XS
SM
MD
LG