Accessibility links

Yeni “siyasi məhbsular” siyashısı açıqlanıb – 94 nəfər


«کایلی جنر» مدل ۲۱ ساله و مشهور آمریکایی در حاشیه جشنواره فیلم کن در جنوب فرانسه، در مراسم «بنیاد تحقیقات ایدز» موسوم به  amfAR حضور یافت.
«کایلی جنر» مدل ۲۱ ساله و مشهور آمریکایی در حاشیه جشنواره فیلم کن در جنوب فرانسه، در مراسم «بنیاد تحقیقات ایدز» موسوم به  amfAR حضور یافت.

Azərbaycan vətəndaş cəmiyyətinin işçi qrupu 94 nəfərdən ibarət yeni vahid siyasi məhbuslar siyahısını açıqlayıb. Onlar arasında 6 jurnalist və bloger, iki publisist, bir hüquq müdafiəçisi, 5 gənc fəal, 5 siyasi partiya üzvü, 61 dindar və üç ömürlük məhbus var.

Hesabatda ümumilikdə 139 şəxs barədə məlumat verilir. İşçi Qrup 45 nəfəri potensial siyasi məhbus kimi tanıyır. Həmin şəxslərin işləri barədə sənədlərə çatımda çətinliklər olduğundan onların adları hesabatdakı “İşləri monitorinq altında olanlar” bölməsinə daxil edilib.

İşçi qrup qeyd edir ki, ölkədə siyasi məhbusların sayı əslində qat-qat çoxdur.

“Lakin ölkədə hökm sürən repressiv mühit həbs olunan çox sayda insanları işlərinin ictimailəşdirilməsindən çəkindirir. Digər problem hüquqi məlumatsızlıq, vəkillərin azlığı, xüsusilə də regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsidir”, deyə İşçi Qrupu vurğulayır.

Siyasi məhbus təsnifləndirilməsi apararkən İşçi Qrup Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 1900 saylı Qətnaməsində qeyd edilən meyarlara əsaslanıb. 3 oktyabr 2012-ci il tarixində AŞPA qəbul etdiyi qətnamədə beş “siyasi məhbus” meyarını müəyyən edib: Əgər həbs İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya və onun protokollarında təsbit olunmuş fundamental təminatlardan hər hansı biri pozulmaqla həyata keçirilibsə; Həbs heç bir cinayətlə əlaqəsi olmadan sırf siyasi səbəblərdən həyata keçirilibsə; saxlanmanın müddəti və ya onun şərtləri şəxsin şübhəli və ya təqsirkar sayıldığı cinayətə aydın şəkildə proporsional deyilsə; şəxs başqa şəxslərlə müqayisədə siyasi səbəblərdən ayrı-seçkilik şəraitində saxlanılırsa, həbs aydın şəkildə ədalətsiz məhkəmə proseslərinin nəticəsidirsə, saxlanılan şəxs siyasi məhbus hesab edilir.

Siyahıya 20-dən artıq hüquq müdafiəçisi, QHT rəhbəri, hüquqşunas imza atıb.

Öz növbəsində, Azərbaycan iqtidarı ölkədə siyasi motivlərlə həbslərin olmadığını bildirir. Prezident İlham Əliyev dəfələrlə ölkədə siyasi məhbus olmadığını bəyan edib. Rəsmi Bakı bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu bildirir.

Bununla yanaşı, “Amnesty İnternational” (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda 13 şəxsi “vicdan məhbusu” elan edib. Çoxsaylı beynəlxalq təşkilatlar ölkədə siyasi məhbus kimi tanınan insanların azadlığa buraxılması üçün dəfələrlə bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG