Accessibility links

Siyasi Məhbuslarsız Azərbaycan: QHT-ləri siyasi məhbusların azad olunması üçün mübarizəyə çağırırıq


“Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansının toplantısı
“Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansının toplantısı

İctimai Alyans bəyanatla çıxış edib

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı vahid siyasi məhbus siyahısının dəstəklənməsi barədə bəyanatla çıxış edib.

Alyansın bəyanatında deyilir ki, tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun ərsəyə gətirdiyi məhbus siyahıları İşçi Qrupunun iştirakı ilə birgə siyasi məhbuslar siyahısının hazırlanmasını alqışlayır və təqdir edir.

98 siyasi və vicdan məhbusunun adı və onların işləri üzrə məlumatların əks olunduğu siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında hazırlanmaqla ölkədə həbsdə olan siyasi məhbusların sayını və real mənzərəsini əsasən əks etdirir.

“Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan dünyanın ən çox vicdan və siyasi məhbusların olduğu avtoritar ölkələrdən birinə çevrilməkdədir“, sənəddə deyilir.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı İşçi Qrupunun hazırladığı vahid siyasi məhbus siyahısını dəstəkləməklə yanaşı qeyd edir ki, alyans siyasi motivlərlə həbs olunan, adları ictimaiyyətə o qədər də tanış olmayan digər siyasi məhbusların da adlarının və onlarla bağlı cinayət işi ilə əlaqədar məlumatların İşçi Qrupuna təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı yerli və beynəlxalq QHT- ləri İşçi Qrupunun təqdim etdiyi vahid siyasi məhbus siyahısını dəstəkləməyə, adları həmin siyahıda olan bütün siyasi məhbusların tezliklə azad olunması istiqamətində fəal mübarizəyə çağırır.

Alyans eyni zamanda Azərbaycan hökumətindən ictimai - siyasi fəallara qarşı ölkədə genişlənən repressiyaları durdurmağı və həbsdə olan bütün siyasi məhbusların qeyd - şərtsiz azad edilməsini tələb edir.

Öz növbəsində rəsmi Bakı ölkədə siyasi məhbus olmadığını və heç kimin siyasi mülahizələrlə həbs olunmadığını bildirir. Azərbaycan prezidenti İlham Əliyev AŞPA-da çıxışı zamanı da “Azərbaycanda siyasi məhbus yoxdur”, deyə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG