Accessibility links

Putin: Rusiya və Azərbaycan Xəzərdə birgə layihələr həyata keçirə bilər


Rusiya və Azərbaycan liderləri ümid edir ki, hər iki ölkənin şirkətləri Xəzər regionunda fəal şəkildə perspektivli layihələr, o cümlədən neft və qaz hasilatı sahəsində layihələr həyata keçirəcək.

"Ümid edirik ki, Rusiya və Azərbaycan şirkətləri fəal şəkildə Xəzər regionunda perspektivli layihələrin həyata keçirilməsi ilə məşğul olacaq. İlk növbədə, nəqliyyat, yük daşımaları, neft və qaz hasilatı, ekologiya və təbii ki, bioresurslar sahəsində", Rusiya prezidenti Vladimir Putin Bakıda doqquzuncu regionlararası Rusiya-Azərbaycan forumunda bildirib.

Putin xatırladıb ki, Rusiyanın energetika şirkətləri Azərbaycan bazarında uğurla işləyir. Xüsusən, Rusiya dövlət başçısı "Rosneft" şirkətinin Azərbaycanın yaxınlarda neft-qaz yatağının kəşfiyyatına və mənimsənməsinə başlayacaq dövlət korporasiyası ilə birgə işini xatırladıb.

İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

"LUKOYL Azərbaycanda energetika layihələrinə təxminən 4 mlrd. investisiya yatırıb, Transneft - bizim neft nəqlində aparıcı monopoliyamız - Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə etibarlı tranzitini təmin edir" - deyə, TASS agentliyi Putindən sitat gətirir.

O qeyd edib ki, avtomobil quruculuğunda kooperasiyanın dərinləşməsi üçün yaxşı imkanlar mövcuddur.

"Azərbayandan investorlar Rusiyada kənd təsərrüfatı obyektlərinin inşaatında iştirak edir. Onlar arasında, məsələn, Nijeqorod bölgəsində istixana kompleksi, investisiyalar milyard rubldan çox təşkil edib. Həmçinin, Krasnodarsk vilayətində qida məhsullarının buraxılması üzrə birgə müəssisə", deyə dövlət başçısı bildirib.

"Dövlətlərimiz arasında qarşılıqlı səmərəli kooperasiyalar üçün Xəzər dənizinin statusu haqqında konvensiya da yeni imkanlar açıb. Bu, şübhəsiz ki, böyük qərardır", Putin qeyd edib.

Bununla belə, Rusiya prezidenti qeyd edib ki, bu sazişin tam miqyasda həyata keçirilməsi üçün çox şey edilməlidir.

"Şübhəsiz, orada hər şeyin işləməsi üçün, tam şəkildə həyata keçirilməsi üçün hələ çox şey edilməlidir. Amma artıq baş tutmuş imzalama, baş tutmuş sənəd Xəzər regionunda əməkdaşlıq üçün yaxşı baza yaradır", dövlət başçısı bildirib.

Putin deyib ki, Rusiya və Azərbaycan qarşılıqlı hörmətə və maraqların balansının axtarışına əsaslanan münasibətlər qurur.

"Ümumilikdə Rusiya və Azərbaycan arasında münasibətlər haqqında danışarkən, qeyd etmək istərdim ki, dövlətlərimiz arasında münasibətlər, şübhəsiz, yaxşı qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Biz həmişə maraqların balansını axtarırıq və onu tapırıq", prezident bildirib.

İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

O xatırladıb ki, sentyabrın 1-də Soçidə liderlərin danışıqları Rusiya və Azərbaycanın gələcək dövlətlərarası əlaqələrinin qurulması üçün əlavə baza yaradır. Putin qeyd edir ki, Azərbaycan bazarında Rusiyanın iştirak etdiyi 700-ə yaxın birgə şirkət fəaliyyət göstərir, Rusiyanın Azərbaycana birbaşa investisiyalarının ümumi həcmi isə 1,5 milyard dollardan çox təşkil edir.

"2017-ci ildə Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı təxminən 12% artıb, bu, yarım milyard dollara qədər bir həcmdir. Tərəfdaşlarımız bu sahəyə böyük maraq göstərir", Putin qeyd edib ki, 30-dan çox Azərbaycan şirkətinin sentyabrda Moskvada keçiriləcək beynəlxalq ərzaq sərgisində iştirakı buna dəlalət edir.

Rusiya prezidentinin sözlərinə görə, Rusiya və Azərbaycan birgə infrastruktur layihələri həyata keçirir. "Xüsusən, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi yaradılır - bu, Avropa və Asiya bazarlarını yaxınlaşdırmalı olan İran, Azərbaycan, Rusiya dəhlizidir", dövlət başçısı xatırladıb.

Forumdan sonra Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.

AZƏRTAC agentliyinin məlumatına görə, Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış edib.

XS
SM
MD
LG