Sentyabrın 26-da BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirilib. Bu barədə Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov danışıqlar başa çatdıqdan sonra medianın sualının cavabında deyib ki, danışıqlar oktyabr ayında davam etdirləcək.
“Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərə dair maraqlı və mühüm fikir mübadiləsi oldu. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq”, Məmmədyarov qeyd edib.