ABŞ Dövlət Katibinin Mərkəzi və Cənubi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Elis Uels (Principal Deputy Assistant Secretary for South and Central Asian Affairs Alice Wells) iyunun 27-dən 29-dək Azərbaycanda səfərdə olacaq. Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yayılıb.
O, iyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun (BTQ) iclasında iştirak edəcək, həmçinin İslam Əməkdaşlıq Təşkilatının yüksək səviyyəli nümayəndələri ilə görüşəcək.
Əfqanıstan üzrə BTQ-nin Bakı görüşündə ümumilikdə ölkələrin və beynəlxalq təşkilatların 90-a yaxın nümayəndəsi iştirak edəcək.