Accessibility links

Azərbaycan və Rusiya Xəzərin hüquqi statusu ilə bağlı müzakirə aparıb


Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov aprelin 12-də telefon söhbəti zamanı Xəzəryanı dövlətlərin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan) beşinci sammitinin sənədləri üzərində işin gedişatını müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 5 dekabr 2017-ci il tarixində Moskvada keçirilmiş görüşündə əldə edilmiş razılaşmalar kontekstində nazirlər Beşinci Xəzər Sammitinin sənədləri üzərində işin gedişatını müzakirə ediblər”- deyə, Rusiyanın Xarici İşlər Nazirliyi qeyd edir.

Xəzər dənizi
Xəzər dənizi

“Qarşıda duran beştərəfli görüşün əhəmiyyəti haqqında ortaq fikir ifadə olunub. Bu görüşdə Xəzər Dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanması nəzərdə tutulur".

Sənəd Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan arasında su hövzəsinin resurslarından istifadə məsələlərini həll etməlidir. Onun razılaşdırılması artıq bir neçə ildir davam edir.

Sənədin tam hazırlanmasında Xəzəryanı dövlətlərin 2014-cü ilin sentyabrında Həştərxanda keçirdikləri sammit mühüm addım olub, həmin sammitdə konvensiyanın əsas parametrləri haqqında razılaşmalar əldə olunub. 2017-ci ilin dekabrında Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilib. Bu görüşün yekunlarına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, sənədin mətni faktiki olaraq hazırdır.

Xəzəryanı dövlətlərin beşinci sammitinin 2018-ci ildə Qazaxıstanda keçirilməsi planlaşdırılır, amma hələlik dəqiq tarix müəyyən edilməyib.

XS
SM
MD
LG