Xəzər dənizinin statusu haqqında konvensiya bu il imzalanacaq, bu barədə martın 15-də Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Böyük əminliklə elan edə bilərəm ki, konvensiya bu il, Qazaxıstanda keçiriləcək beşinci sammitdə imzalanacaq.
Dekabrda biz Xəzər ölkələrinin - Rusiya, Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan XİN başçılarını Moskvaya yığdıq və öz səviyyəmizdə bu konvensiyanın bütün maddələrini razılaşdırdıq, indi hər bir iştirakçı ölkənin dilində mətnlər tutuşdurulur", nazir "Rusiya-imkanlar ölkəsi" adlı forumda bildirib.
Sergey Lavrov konvensiyanın imzalanacağına əmin olduğunu və hələlik bunun üçün heç bir maneə görünmədiyini bildirib.