Accessibility links

Bricet Brink: İnsan hüquqları münasibətlərimizin dərinləşdirilməsinin vacib hissəsidir [Video]


Bricet Brink
Bricet Brink

ABŞ dövlət katibinin köməkçisinin müavini Bakıda mətbuat konfransı keçirib

"Azərbaycana səfərimin məqsədləri sırasında bir neçə məsələ var. Bunlardan biri ABŞ-ın bölgədəki səfirlərinin regionla bağlı ümumi müzakirələrində iştirak etməkdir. Eyni zamanda səfərim çərçivəsində bir sıra məhsuldar görüşlər keçirmişəm. Bu görüşlərin sırasında Azərbaycan prezidenti, xarici işlər naziri, müxalifət partiyasının lideri və Amerika Ticarət Palatası ilə görüşlərimi deyə bilərəm." Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink Azərbaycana səfərinin yekunları ilə bağlı ABŞ-ın Bakıdakı səfirliyində keçirdiyi mətbuat konfransında bildirib.

Bricet Brink: İnsan hüquqları münasibətlərimizin dərinləşdirilməsinin vacib hissəsidir
please wait

No media source currently available

0:00 0:04:22 0:00

Xanım Brink deyib ki, görürşləri zamanı iki ölkənin təhlükəsizliyi üzrə ortaq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanla ticarət əlaqələrimizin dərinləşdirilməsinə və yeni “İpək Yolu” vasitəsi ilə Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsində öz dəstəyimizin göstərilməsinə olan dərin marağımızı ifadə etmişik.

“Azərbaycanın Əfqanıstan və terrorizmlə mübarizə məsələsində bizimlə etdiyi əməkdaşlığa görə öz minnətdarlığımızı bildirmişik. Azərbaycanla ticarət əlaqələrimizin dərinləşdirilməsinə və yeni “İpək Yolu” vasitəsi ilə Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsində öz dəstəyimizin göstərilməsinə olan dərin marağımızı ifadə etmişik”, o qeyd edib.

ABŞ dövlət katibinin köməkçisinin müavini bildirib ki, görüşləri zamanı demokratiya və insan haqları barədə açıq və səmimi söhbət aparılıb.

“ABŞ hökumətinin qanunun aliliyi, korrupsiya ilə mübarizə məsələlərinin biznes mühitinin yaxılaşdırılmasında oynadığı önəmli rolu və həmçinin ABŞ-ın insan ləyaqətinə və fundamental demokratik dəyərlərə verdiyi dəyər və bu məsələlərin ikitərəfli əlaqələrimizin önəmli bir hissəsi olması barədə fikrimizi bildirmişik”.

O eyni zamanda xatırladıb ki, prezident Trampın Milli Təhlükəsizlik Strategiyasında bildirdiyi kimi, “bizim ən dərin əlaqələrimiz dəyərlərimizi və maraqlarımızı bölüşən ölkələrlədir”.

Xanım Brink Amerikanın Səsinin “Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı müzakirələr aparmısınızmı?” sualının cavabında deyib:

Bizim Azərbaycan hökumətinə fikirlərimiz və tövsiyələrimiz ondan ibarətdir ki, Azərbaycan Konstitusiyasına və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli seçkilər keçirilsin.

“Bizim Azərbaycan hökumətinə fikirlərimiz və tövsiyələrimiz ondan ibarətdir ki, Azərbaycan Konstitusiyasına və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli seçkilər keçirilsin. Biz həmişə demişik və bir daha bildirmək istəyirik ki, ABŞ inklüziv demokratik proseslərin, insanların azad kampaniya keçirmək, azad toplantılar keçirmək, öz fikirlərini açıq şəkildə ifadə edə bilmək imkanlarının, həmçinin müstəqil medianın olduğu bir şəraiti dəstəkləyir”, Dövlət Departamentinin rəsmisi qeyd edib.

ABŞ dövlət katibinin köməkçisinin müavini Amerikanın Səsinin demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı aparılan müzakirələrin detallarının nədən ibarət olması ilə bağlı sualının cavabında diplomatik müzakirələri açıqlamayacağını bildirib.

“Amma bildirə bilərəm ki, ABŞ-ın uzunmüddətli mövqeyi ondan ibarətdir ki, biz insan haqlarına və fundamental dəyərlərə hörmət edilməsini, bizim Azərbaycanla olan ikitərəfli əlaqələrimizin - bu əlaqələrə təhlükəsizlik, enerji və digər sahələr daxildir- çox vacib ümumi elementi hesab edirik. Biz inanırıq ki, insan haqlarına hörmət, korrupsiya ilə mübarizə, qanunun aliliyi, Azərbaycanda biznes mühiti, ümumi iqtisadi inkişaf və sabitlik baxımından çox vacibdir. Bir daha prezident Trampın Milli Təhlükəsizlik Strategiyasında bir fikrinə istinad etmək istəyirəm ki, ABŞ-ın ən sıx əlaqələri bizim dəyərlərimizi və maraqlarımızı bölüşən ölkələrlədir. Hesab edirəm ki, sadaladığım məqamlar ikitərəfli münasibətlərimizin dərinləşdirilməsinin vacib hissəsidir. Yenə də hesab edirəm ki, hər iki tərəf bu məqsədləri bölüşür”.

Xanım Brink “Azadlıq” Radiosunun bu radionun bağlanması ilə bağlı məsələlərin söhbət mövzusu olub-olmaması barədə sualının cavabında deyib:

Azərbaycan hökumətinin nümayəndələri ilə müzakirələrimizdə “Azadlıq” Radiosunun məsələsinə də toxunduq.

“Azərbaycan hökumətinin nümayəndələri ilə müzakirələrimizdə “Azadlıq” Radiosunun məsələsinə də toxunduq. ABŞ-a qayıtdıqdan sonra bununla bağlı hesabat hazırlayacam. Qaldı ki radionun bağlanmasının Azərbaycanda media mühitinə nə kimi təsir göstərməsinə, mən bu sahədə ən doğru qiymətverici mütəxəssis deyiləm. Amma ABŞ ümumilikdə azad media tərəfdarıdır. Biz hesab edirik ki, fərqli, müxtəlif fikirlərin mövcudluğu istənilən demokratiyada xəbərlərin etibarlılığına və inanılmasına şərait yaradır. Biz dünyanın hər yerində azad medianın dəstəklənməsinin tərəfdarıyıq və hesab edirik ki, bu, ümumi işlərin ən vacibidir”.

ABŞ rəsmisi “Meydan” televiziyasının prezident İlham Əliyevin dördüncü dəfə seçkiyə getməsi və yenidən hakimiyyətdə qalacağı ilə bağlı ABŞ-ın mövqeyi barədə sualına cavabda deyib:

“Diplomatiyada öyrəndiyimiz qaydalardan biri budur ki, hələ baş verməyən haqqında qabaqcadan fikir bildirməyək. Yəni, baş verməyən barədə reaksiyanın necə olacağı ilə bağlı mən indidən nəsə deyə bilmərəm. Ancaq fundamental, əsas mövqeyimizi demək istəyirəm ki, hökumət olaraq biz azad və ədalətli seçkilərin həmişə tərəfdarı olmuşuq. Hesab edirəm ki, bu istəyimiz Azərbaycan Konstitusiyasına və Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə uyğundur”,- o qeyd edib.

O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və münaqişə nəticəsində hüquqları pozulan yüz minlərlə insanla bağlı sualın cavabında deyib ki, münaqişə iyirmi ildən artıqdır uzanır.

“Bu, xeyli uzun müddətdir. Minsk Qrupunun üzvləri bu gün Bakıdadırlar. ABŞ həmsədri də həmsədrlər arasındadır. ABŞ çox güclü şəkildə münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıdır və bu məqsədə çatmaq üçün tam şəkildə dəstəyimizi göstəririk”, - ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini qeyd edib.

XS
SM
MD
LG