Demokratik Qüvvələrin Milli Şurasının bugünkü mitinqi ərəfəsində 6 fəal saxlanılıb. Mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Saxlanılanlar arasında AXCP üzvləri İlham Hüseyn, Məhərrəm Rza, Bəhruz Həsənli, Emil Səlimov, Saqif Qurbanov, Aqil Məhərrərov var.
Həmçinin "Müsəlman Birliyi" Hərəkatının üzvü Əhsən Nuruzadə saxlanılıb.
AXCP bildirib ki, fəalların saxlanmasının səbəbləri açıqlanmır, ancaq bu, yəqin ki, mitinq keçirməsilə bağlıdır.
Ə.Nuruzadəyə gəlincə, o, hələ sentyabrın 19-da yoxa çıxıb və ancaq ötən gün məlum olub ki, 10 sutka inzibati həbs edilib.
Xatırladaq ki, bu gün Yasamal rayonundakı "Məhsul" stadionunda keçiriləcək mitinqdə xarici siyasətçilərin ələ alınması üçün və dövlət məmurları tərəfindən təxminən 3 mlrd. dolların qanunsuz mənimsənilməsi ilə bağlı hakimiyyətin açıqlama verməsi tələb olunacaq.