Accessibility links

AŞPA həmməruzəçiləri Bakıya səfər edəcək


 AŞPA həmməruzəçiləri
AŞPA həmməruzəçiləri

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda gələn həftə Bakıya səfər edəcək. Bu barədə Ştefan Şennak Twitter səhifəsində yazıb.

Həmməruzəçilər səfərdən öncə sentyabrın 7-də Parisdə AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair hesabatlarını təqdim edəcək.

Şennak bildirir ki, Bakıya səfər çərçivəsində rəsmi şəxslər, vətəndaş cəmiyyəti nümayəndələri və məhbuslarla görüşəcək.

Azərbaycanla bağlı həmməruzəçilərin hazırladığı hesabat oktyabrın 9-13-də AŞPA-nın payız sessiyasında müzakirə olunacaq.

XS
SM
MD
LG