Accessibility links

Siyasi mühacirlər İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini tələb edir


Siyasi mühacirlər İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini tələb edir
Siyasi mühacirlər İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini tələb edir

Güney Azərbaycanda müəllim və şagirdlərin hamısının azərbaycanlı olmasına baxmayaraq, fars dilində danışmalıdır. Birinci sinfə qədəm qoyan uşaq isə bəzən fars dilində bir kəlmə belə bilmir. Acınacaqlıdır ki, hətta eyni ailədən olan müəllim və onun birinci sinif şagirdi olan övladı məktəbdə bir-birini başa düşmür. Çünki, müəllim və şagirdlərin Azərbaycan dilində danışması qadağandır.

Atatürk Mərkəzində Güney Azərbaycandan olan siyasi mühacirlər 22 may 2006-cı il Xalq Hərəkatının 5-ci ildönümünü qeyd edib. Forumda İrandan olan azərbaycanlı siyasi mühacirlər, ziyalılar, yazarlar, ictimai xadimlər iştirak ediblər. Çıxışlarda İranda yaşayan 35 milyondan çox azərbaycanlının fundamental haqlarının, öz dilində danışmaq, təhsil almaq azadlığı, media azadlığı, toplaşmaq azadlığının pozulmaqda davam etdiyi bildirilib. İranın siyasi rejimləri bir qayda olaraq yüz ildən çoxdur ki, Azərbaycan dilini yasaq edib. “Məktəblərdə müəllimlərin fars dilindən başqa dildə danışması qadağandır. Güney Azərbaycanda müəllim və şagirdlərin hamısının azərbaycanlı olmasına baxmayaraq, fars dilində danışmalıdır. Birinci sinfə qədəm qoyan uşaq isə bəzən fars dilində bir kəlmə belə bilmir. Acınacaqlıdır ki, hətta eyni ailədən olan müəllim və onun birinci sinif şagirdi olan övladı məktəbdə bir-birini başa düşmür. Çünki, müəllim və şagirdlərin Azərbaycan dilində danışması qadağandır”, - siyasi mühacir Babək Muğanlı bildirib. İran Azərbaycanda yaşayan iranlılardan istifadə edərək Azərbaycan Respublikasına qarşı təhdidlər yaratmaq istəyir. Bu bəyanatı da siyasi mühacirlər səsləndirib. “İran rejimi Azərbaycanda yaşayan iranlılardan istifadə edərək din pərdəsi altında Azərbaycanın müstəqilliyinə qarşı çıxmaq üçün aksiyalar təşkil edir”, - Əlirza Amanbəyli vurğulayıb. DAK Daimi Şurasının sədri Əjdər Tağızadə isə Azərbaycan hökumətinin Güney Azərbaycandan olan siyasi mühacirlərin hüquqlarını tanımağa çağırıb. Onun fikrincə, Azərbaycan Respublikası öz xalqının hüquqlarını fəal müdafiə etməlidir. “Biz böyük və kiçik qardaşlar deyilik. Biz elə qardaşıq. İranda Azərbaycan milli haqları uğrunda mübarizə aparan insanlara dəstək verilməlidir. Onların dünyanın bütün ölkələrində təşkilatları qeydiyyata alınır, amma Azərbaycanda Güney Azərbaycandan olan azərbaycanlıların bir təşkilatı belə rəsmən tanınmayıb. Bu insanların normal yaşaması üçün şərait yaradılmalıdır. Elə mühacir var ki, oğlu ordu sıralarındadır, amma Azərbaycan onun hüquqlarını tanımır”, - o qeyd edib.
Bütün Azərbaycan xalqı Türkmənçay və Gülüstan müqavilələrini bir millətin bölünməsi kimi qəbul edir, onu qınayır. “Əgər Gülüstan və Türkmənçay müqavilələri qınanırsa, Bütöv Azərbaycan xalqının hüquqları qorunmalıdır. Bura, bütün azərbaycanlıların dədə dövlətidir”, - deyə Ə.Tağızadə bildirib.

XS
SM
MD
LG