Accessibility links

Siyasi Məhbusların Vahid Siyahısı


Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupu bu gün, avqustun 28-də öz siyahılarını yeniləyiblər.

Bu haqda qrupun press-relizində bildirilir.

Qrup bildirir ki, yenilənmiş variantda siyahıda 160 nəfərin adı var:

«Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrupu 158 işdə siyasi motivli həbsin baş verdiyini təsbit edib. Onlar siyasi məhbus kimi tanınır. İki iş hələ də müşahidə altındadır. Belə ki, İşçi Qrupu həmin işlərlə bağlı düzgün qərar vermək üçün müfəssəl məlumat və sənədlər əldə edə bilməyib».

Qrup bildirir ki, siyasi məhbus hesab etdikləri 158 nəfərdən 10-u jurnalist və bloqqerlərdir. «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin də adı siyahıya daxil edilib.

İki şair, yazıçı, bir hüquq müdafiəçisi, 11 siyasi, ictimai fəal, 97 inanclı fəal, üç ömürlük məhbus siyasi məhbus hesab edilir.

Siyahıya həmçinin, sosial etirazlara görə həbs edilən 19 nəfərin, iki keçmiş dövlət qulluqçusunun adları da daxil edilib.

XATIRLATMA

Azərbaycanda siyasi məhbus siyahısı hazırlayan iki qrup var. Hüquq müdafiəçiləri, keçmiş siyasi məhbuslardan ibarət olan həmin qruplar vaxtaşırı siyahı hazırlayıb yayırlar. Hər iki siyahı arasında say baxımından kiçik fərq var.

Azərbaycan hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir. Adları siyasi məhbus siyahısında yer alan insanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG