Accessibility links

Siyasi Məhbusları Müdafiə Mərkəzi: “150 siyasi məhbus hələ də həbsxanadadır”


Bloger Mehman Hüseynova qarşı yeni cinayət işinə xitam verilməsinə baxmayaraq, 150 siyasi məhbus hələ də həbsxanadadır.

Bundan başqa, Mehman Hüseynovla bağlı güzəştə getməli olan hakimiyyət bu "güzəşt"in qisasını digər siyasi məhbuslardan alır.

Siyasi məhbuslar
Siyasi məhbuslar

​Bu barədə Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) bəyanatında deyilir.

Belə ki, Qobustan Qapalı həbsxanasında saxlanılan Müsəlman Birliyi Hərəkatının (MBH) sədri Tale Bağırzadəyə qarşı olan mənəvi, psixoloji və fiziki təzyiqlər o səviyyəyə çatıb ki, o özünə xəsarət yetirib.

Mehman Hüseynovla bağlı güzəştə getməli olan hakimiyyət bu `güzəşt`in qisasını digər siyasi məhbuslardan alır.
Siyasi Məhbusları Müdafiə Mərkəzinin bəynatından

Digər MBH üzvü Abbas Hüseyn həbsxananın rəisi Aftandil Ağayev tərəfindən incidildiyinə, işgəncəyə məruz qaldığına görə onu məhkəməyə verdiyi üçün döyülə-döyülə 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıb. Döyülmə nəticəsində başı yarılıb, ağır bədən xəsarətləri alıb. 15 gündən çoxdur ki, onun ailə üzvləri və vəkili ilə görüşməsinə imkan verilmir.

16 saylı cəzaçəkmə müəssisəsində jurnalist Əfqan Muxtarlıya qarşı təxribat cəhdləri edilir.

Milli Şuranın 19 yanvar mitinqindən sonra 50-yə yaxın ictimai fəal inzibati həbslərə və cərimələrə məruz qoyulub.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarının işi üzrə məhkəmədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə halları haqqında məlum olub. Bu idarədə həbs edilənlərə qarşı dəfələrlə işgəncə faktları olmasına baxmayaraq, onun əməkdaşlarına qarşı heç bir tədbir görülmür.

SMMM Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin fəaliyyətini yoxlamağa və təqsirkarları cəzalandırmağa çağırıb.

SMMM hakimiyyəti ifadə və toplaşmaq azadlığını təmin etməyə, müxalifətin mitinqinin iştirakçılarının polisə çağırılmasına son qoymağa çağırıb.

SMMM hakimiyyəti bütün siyasi məhbusları, o cümlədən Mehman Hüseynovu azad etməyə çağırıb.

Öz növbəsində Azərbaycan hökuməti ölkədə bütün fundamental azadlıqların, o cümlədən ifadə və toplaşmaq azadlığının tam təmin edildiyini bildirir. Dövlət rəsmiləri siyasi məhbuslar, işgəncələrlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 şəxci siyasi məbhus kimi tanıyıb. Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin hazırladığı sənədin layihəsində 130 nəfər məhbusun adı sadalanır.

XS
SM
MD
LG