Accessibility links

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edilir


Azərbaycan MN və Pakistan Birləşmiş Qərargahı arasında işçi qrupunun növbəti görüşü keçirilir
Azərbaycan MN və Pakistan Birləşmiş Qərargahı arasında işçi qrupunun növbəti görüşü keçirilir

Yanvarın 17-də Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunur.

İşçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici Əlaqələr İdarəsinin rəisi Muhammad Şafiq rəhbərlik edir.

Görüş yanvarın 18-dək davam edəcək.

XS
SM
MD
LG