”Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Avrasiya boyunca daha yaxşı ticarət və əlaqələrin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır.”
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə deyib.
Səfir bildirib ki, BTQ dəmir yolu İpək Yolu üçün böyük əhəmiyyətə malikdir:
“Biz uzun müddət İpək Yolunun əhəmiyyəti barədə danışırdıq və hesab edirəm ki, bugünkü açılış da bu istiqamətdə atılan növbəti bir addımdır”.
Səfir bu baxımdan həm Azərbaycan, həm də Gürcüstanın yerləşdiyi coğrafi mövqenin dünya üçün əhəmiyyətini də vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçirilir.