Accessibility links

ReAl-ın qurultayı təxirə salınıb


Azər Qasımlı və Natiq Cəfərli
Azər Qasımlı və Natiq Cəfərli

Respublikaçı Alternativ Partiyasının (ReAl) oktyabrın 29-na təyin olunan 1-ci təsis qurultayı təxirə salınıb.

Bu barədə hərəkatın bu gün, oktyabrın 27-si keçirdiyi mətbuat konfransında məlumat verilib.

Mətbuat konfransında bildirilib ki, buna səbəb Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin qurultaya yer ayırmaqdan imtina etməsi olub.

ReAl Hərəkatı bu il oktyabrın 29-da qurultay keçirmək niyyətində idi. Qurultayda hərəkatın partiyaya çevriləcəyi gözlənilirdi.

Təşəbbüs Qrupu üzvləri bildiriblər ki, yerlə bağlı dövlət orqanlarına yenidən müraciət olunacaq. Qeyd olunub ki, qurultayın noyabrın 4, 5, 11, 12, 18, 19, 25, 26 və ya dekabr ayının ilk həftəsonu keçirilməsi mümkündür.

Rəsmi qurumların istənilən cavabından asılı olmayaraq, Respublikaçı Alternativ Partiyası 2017-ci ildə özünün 1-ci təsis qurultayını keçirəcək, deyə hərəkat rəsmiləri mətbuat konfransında bildiriblər.

ReAl Hərəkatı bu il oktyabrın 29-da qurultay keçirmək niyyətində idi. Qurultayda hərəkatın partiyaya çevriləcəyi gözlənilirdi. Bu qərar sentyabrın 24-də hərəkatın rayonlardan və Bakıdan gələn təmsilçilərinin iştirakı ilə yekdilliklə qəbul edilmişdi. Həmin qərardan sonra Təşəbbüs qrupu qurultaya yer ayrılmasından ötrü Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müraciət Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Baş İdarəsinə göndərilmişdi.

Hərəkatın lideri İlqar Məmmədov həbsi beynəlxalq ictimaiyyətin etirazları ilə qarşılanıb.
Hərəkatın lideri İlqar Məmmədov həbsi beynəlxalq ictimaiyyətin etirazları ilə qarşılanıb.

Ancaq Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Respublikaçı Alternativ Partiyası Təşəbbüs qrupunun təsis qurultayı keçirməkdən ötrü yer ayrılması ilə bağlı müraciətinə rədd cavabı verib.

ReAl Hərəkatı 2009-cu ildə təsis edilib, hərəkat respublikaçılıq ideyalarını üstün tutur. Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki, azadlığa buraxılmayıb.

XS
SM
MD
LG