ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper Azərbaycanda səfərdədir.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat verib.
Səfər zamanı bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.
Görüşlər zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, eləcə də onların inkişaf perspektivləri müzakirə olunacaq.