Accessibility links

Pedro Aqramunt AŞPA prezidenti vəzifəsindən istefa verdi


Pedro Aqramunt
Pedro Aqramunt

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib.

Bu barədə Aqramunt oktyabrın 6-da Twitter səhifəsində yazıb.

"Bu gün şəxsi səbəblərə görə AŞPA prezidenti vəzifəsini tərk etmək qərarına gəldim," o, Twitter səhifəsində qeyd edib.

"Bu gün şəxsi səbəblərə görə AŞPA prezidenti vəzifəsini tərk etmək qərarına gəldim.

Pedro Aqramunt 2016-cı ilin martında Suriya prezidenti Bəşar əl-Əsədlə görüşdükdən sonra AŞPA üzvləri tərəfindən sərt tənqidlərə və istefa çağırışlıarına məruz qalıb.

O, 2011-2016-cı illərdə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi olub. Aqramuntun fəaliyyəti bir sıra yerli hüquq müdafiəçilərinin narazılığına səbəb olub. Onlar Aqramuntu Azərbaycanda insan hüquqlarnın pozulması faktlarının gizlədilməsində ittiham ediblər.

2017-ci ilin iyulunda AŞPA-nin baş katibi Tornbörn Yanqlad da Aqramunta qarşı çıxıb. O 2013-cü ildə digər deputat Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslara dair hesabatının baş tutmaması üçün Azərbaycan nümayəndələrinin italiyalı deputat Luka Volonteyə rüşvət verməsi faktının araşdırılmasından imtina etməsindən qəzəblənib.

Çox sayda AŞPA nümayəndəsi reputasiyası korlanmış Pedro Aqramuntun aylardır ki, istefasını tələb edir və ona açıq şəkildə etimadsızlıq göstərirdi.
Çox sayda AŞPA nümayəndəsi reputasiyası korlanmış Pedro Aqramuntun aylardır ki, istefasını tələb edir və ona açıq şəkildə etimadsızlıq göstərirdi.

Pedro Aqramuntun adı Əliyev hökumətinin Avropa Şurasında lobbiçilərindən biri kimi hallanır. Aqramuntun Azərbaycanda insan haqlarının durmu ilə bağlı sərgilədiyi mövqe ölkədəki sivil cəmiyyət və müxalifət tərəfdarları arasında tənqidlərə tuş gəlib.

Danimarkanın Berlinske qəzetinə sızan bank sənədləri Azərbaycanın Britaniya şirkətləri vasitəsi ilə 2.9 milyard dollarlıq ödənişlər etdiyini göstərib. Qəzetin yazdığına görə, bu məbləğ Avropada lobbiçillər və siyasətçilərə bahalı əşyalar və xidmətlər müqabilində Azərbaycan elitasının çirkli pullarının yuyulması üçün verilib.

XS
SM
MD
LG