Accessibility links

Elmar Məmmədyarov və Edvard Nalbandyan Nyu-Yorkda görüşəcək


Elmar Məmmədyarov və Edvard Nalbandyan
Elmar Məmmədyarov və Edvard Nalbandyan

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sentyabrın 23-də olacaq.

Elmar Məmmədyarovla Edvard Nalbandyan BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində görüşəcək.

Bu barədə sebtyavrın 20-də İnterfaks agentliyi diplomatik mənbələrə istinadla xəbər verir.

Azərbaycan və Ermənistan prezidentləri də hazırda Nyu-Yorkdadırlar.

Onların BMT-nin Baş Assambleyasında çıxışları nəzərdə tutulur.

Amma prezidentlərin toplantı çərçivəsində görüşməsinin mümkünlüyü barədə hələlik heç bir məlumat yoxdur.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər Ermənistan Ordusunun nəzarətinə keçib.

BMT-nin Təhlükəsizlik Şurası 1993-1994-cü illərdə Azərbaycanın suverenliyində olan ərazilərin qeyri-şərtsiz boşaldılması barədə dörd qətnamə qəbul edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır. Həmsədr dövlətlərin rəhbərləri dəfələrlə münaqişədə mövcud status-kvonun qəbuledilməz olması ilə bağlı bəynatlar verib. Amma, hələ də danışıqlarda irəliləyiş qeydə alınmayıb, status-kvo dəyişdirilməyib.

2015-ci il aprelin 25-də cəbhədə hərbi əməliyyatlar bərpa edilib. Tərəflər onlarla itki verib. Rusiyanın təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırılıb. Bundan sonra iki ölkə prezidentinin ABŞ-ın təşəbbüsü ilə Vyanada və Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşlər keçirməsinə baxmayaraq münaqişənin həlli istiqamətində addım atılmayıb. Son dövrlər dəfələrlə cəbhə xəttində gərginliklər yaşanıb, tərəflər itkilər verib.

XS
SM
MD
LG