Accessibility links

Müsavat fəalı polisə çağırılıb


Müsavat Partiyasının Səbail təşkilatının sədr müavini İlkin Bayram polisə çağırılıb. Onun iyulun 26-da Səbael Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində siyasi fəaliyyəti ilə bağlı sorğu-sual edilib.

Bu barədə İlkin Bayram özü məlumat verib.

Müsavat fəalının dediyinə görə, onu 8-ci Polis Bölməsində sahə rəisi Arif Əsgərov sorğulayıb.

"Suallar siyasi fəaliyyətimlə bağlı idi. Heç bir yerdə işləmədiyimi, haradan maliyyələşdiyimi soruşdular", deyən İ.Bayram bildirib ki, polisdə şəxsiyyət vəsiqəsinin sürətini alıblar.

İ.Bayram polisə çağırılmasını siyasi təzyiq kimi dəyərləndirib.

8-ci Polis Bölməsində sahə rəisi Arif Əsgərov isə siyasi təzyiq ilə bağlı deyilənləri təkzib edib. Sahə rəisi Müsavat fəalının polisə çağırılmasının qeydiyyat məsələsi ilə bağlı olduğunu bildirib.

"Bütün vətəndaşlar kimi İlkin Bayram da qeydiyyat üçün dəvət olunub. Onun nə işlə məşğul olduğunu, hansısa dini təriqətə, yaxud partiyaya üzv olub-olmadığını soruşmuşuq. Məlum olub ki, Müsavat Partiyasının yerli təşkilatında sədr müavinidir", sahə rəisi deyib.

XS
SM
MD
LG