Accessibility links

Avropa məhkəməsi Azərbaycana qarşı 15 şikayəti təmin edib


Fevralın 16-da Avropa İnsan Hüquqları Məhkəməsi vəkil Əsabəli Mustafayevin hüquqlarını müdafiə etdiyi 10 nəfərin 15 işi üzrə qərarlarını elan edib.

Vəkil Facebook səhifəsində yazır ki, Avropa məhkəməsi ərizəçilərin qanunsuz həbsə məruz qalmaları, onların sərbəst toplaşma, ədalətli araşdırma hüquqlarının pozulduğunu tanıyıb.

Məhkəmə Azərbaycan hökumətinin ərizəçilərə aşağıdakı məbləğdə kompensasiya verməsini müəyyən edib:

1.Məcid Məcidli - 9000 avro;

2.Bayram Bayramov və Məhəmməd Məcidli - hər biri 10 000 avro;

3.Babək Həsənov, İkram İsrafil, Tural Abbaslı, Hikmət Ağayev, Rövşən Quliyev - hər biri 12 000 avro;
4. Gözəl Bayramova- 12 000 + 1900 avro; (məhkəmə qərarı ilə ödədiyi 2000 manat cərimənin əvəzi);

5. Cəmil Hacıyev - 12000 + 470 (cərimənin əvəzi);

6. Bütün 15 iş üzrə hüquqi xidmətə görə 9700 avro.

Vəkilı bildirir ki, bu gün həm də Vidadi İsgəndərlinin oxşar işi üzrə qərar elan olunub. Bu işdə vəkil başqa şəxs olub. Kompensasiya 12000 + 1800 avro (hüquqi xidmətə görə).

XS
SM
MD
LG