"Fevralın 17-19-da Münhendə keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüm planlaşdırılır."
Bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qətərli həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Rusiya üç ölkənin xarici işlər nazirləri səviyyəsində görüş təşkil etməyə çalışır: "Azərbaycan bu görüşə razılığını verib"
Nazir həmçinin Azərbaycan əsgərinin cəsədinin geri qaytarılmasına da münasibət bildirib. O, Ermənistan tərəfinin hərəkətini qınayıb:
“Çox səhv addımdır. Bunu həmsədrlərlə də müzakirə edəcəyik. Neçə dəfə razılığa gəlmişik ki, döyüşlərdən sonra meyitlər tez zamanda qaytarılsın”.
Yanvarın 24-də Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.