"British Airways Plc." şirkəti noyabrın 9-da Azərbaycan nümayəndəliyini bağladığını elan edib.
Bu barədə Azərbaycan Vergilər Nazirliyinin mətbu orqanında deyilir.
"British Airways Plc." Azərbaycanda 2012-ci ildən fəaliyyətə başlayıb.
Ondan başqa Azərbaycanda 2000-ci ildən «British Mediterranean Airways Limited» şirkətinin filialı da fəaliyyət göstərir.
London-Bakı marşrutu ilə uçuşları isə "British Midland International" aviaşirkəti həyata keçirirdi.
"Azərbaycan Hava Yolları" ASC-dən (AZAL) bildirib ki, hazırda Bakı-London-Bakı istiqaməti üzrə uçuşları yalnız onlar həyata keçirir.
Reyslər həftədə 4 dəfə (bazar ertəsi, çərşənbə, cümə, şənbə) həyata keçirilir. İki tərəfə biletin minimal qiyməti 925 manatdır.