Accessibility links

Gənc fəal Qiyas İbrahimin məhkəməsində


Qiyas İbrahim
Qiyas İbrahim

Sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan gənc fəal Qiyas İbrahimovun işi üzrə hazırlıq iclası davam etdirilib.

Turanın məlumatına görə bugünki iclasda vəkil Elçin Sadıqov cinayət icraatına xitam verilməsi, qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, fəalın anasının əlavə şahid qismində dindirilməsi haqqında vəsatətlər qaldırıb.

Hakim Ənvər Seyidov yalnız üçüncü vəsatəti təmin edib, digər ikisini rədd edib.

İclasda İbrahimov özü keçmiş prezident Heydər Əliyevin abidəsində şüar yazdığına görə həbs edildiyini deyib, amma hakim onun sözünü kəsib.

Məhkəmə dinləmələrinin başlaması sentyabrın 27-nə təyin edilib.

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs olunub. Onlar bu ittihamı təkzib edirlər və Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!”, “Rədd olsun sistem!” şüarları yazdıqları üçün həbs olunduqlarını hesab edirlər.

Məmmədovun işi üzrə istintaq davam edir

XS
SM
MD
LG