Arif Hacılı deyib ki, Azərbaycanın istiqlal uğrunda mübarizə aparanlar bu günkü hakimiyyətin hədəfindədir: “Bu gün hakimiyyət öz vətəndaşları ilə mübarizə aparır. Ona görə də hakimiyyət bu mübarizədə məğlubiyyətə məhkumdur”.
Daha sonra mitinqin qətnaməsi oxunub. Qətnamə müəllifləri sentyabrın 26-da keçiriləcək referendumun ləğv olunmaısnı, islahatların keçirlməsini, Qarabağı azad olunması, əhalini rifahı istiqamətində tədbirlərin həyata keçirilməsini siyasi məhbuslar azad olunsunı tələb edib.
Mitinq sona çatdı.
****
“Əliyev rejiminin ölkədə apardığı yanlış siyasət nəticəsində Azərbaycan ağır böhran içərisindədir. Ölkədə təcili islahatlar həyata keçirilməlidir. Ancaq Əliyev rejimi bir əldə cəmləşmiş hakimiyyətin daha da bir əldə cəmləşməsi istiqamətində siyasət aparır”.
Mitinqdə çıxış edən Müsavat Partiaysının başqanı Arif Hacılı deyib ki, zorakılıq yolu ilə hakimiyyəti daha möhkəmləndirmək siyasətinə son qoyulmalıdır: “Azərbaycanda 100-dən artıq siyasi məhbus var. Xalq təzyiqlərə baxmayarq müqavimətini davm etdirir. Həbsdə olan siyasi məhbusların azadlığa çıxacağı gün uzaqda deyil. Həmin adamlar Azərbaycan üçün bir nümunə yaradırlar. Biz bu hakimiyyətin hakimiyytdən getməsini istəyirik”.
****
Hüquqşünas Osman Kazımlı çıxışında bildirib ki, ölkə vətəndaşlarının təhsl, sağlamlıq hüququ pozulur. Məhkəmə, prokurorluq, polsi sistemi bərbad vəziyyətdədir.
Hüquqşünasın çıxışı zamanı mitinqçilər bir neçə dəfə “İstefa” şüarları səslənib: “Referendum keçirməklə İlham Əliyev hakimiyyəti bir əldə cəmləşdirmək istəyir".
****
“Biz gələcəyi hədəf seçməliyik. Bu gün xalqın həyat səviyyəsi həddindən artıq aşağıdır hakimiyyətin banklarının kredit girovlarına çevrilib. Yüzlərlə insan azad söz söylədiyi üçün həbslərə atılır, repressiyalara məruz qalırlar. Böhrandan çıxış yolunun tapılması real görünmür. Çünki bunu səbəbkarı elə bu rejimdir, İlham Əliyevdir”.
Bunu sentyabrın 18-də Müsavat Partiyasının mitinqində partiyanın lideri İsa Qəmbər deyib.
İsa Qəmbər bildirib ki, Fərəc Kərimlini də, Seymur Həzini də, nidaçları da, möminləri də Əlieyv rejimi həbsə atıb.
İsa Qəmbər sentyabrın 26-da keçiriləcək referendumu biabrçı adlandırıb: “Bu, biabrıçı referendumdur. Bu yolla ailə rejiminin möhkəmləndirmək istəyirlər”.
****
Mitinqdə elan olunub ki, mitinqə gəlmək istəyən Müsavat Partiyasının rayon təşkilatlarının bir çox fəallarını polsi saxlayıb. Saxlananlar arasında Salyan, Neftçala, Tərtər rayon təşkilatlarının fəalları var.
Hələlik bu məlumatı hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.
****
Meydanda “Yaşasın Respublika”, Cümhuriyyəti biz qurduq. Biz də yaşadacağıq”, “F.Kərimova azadlıq”şürları qalıdıb.
Mitiniqin aparıcısı elan edir ki, iştirakçıların meydana daxil olmasına yaradlan maneələrlə bağlı mitinqinin başlanması yubanır.
****
Sentyabrın 18-də Müsavat partiyası Bakının Məhsul stadionunda "Yaşasın Respublika ”şüarı ilə Müsavat partiyasının mitinqi konstitusiya dəyişikliklərinə etiraz məqsədi daşıyır.
BŞİH mitinqin sentyabrın 17-də saat 15:00-dan 17.00-dək keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.
Avqustun 27-də Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyasının referendum ilə bağlı təsis etdiyi «Respublika» təşviqat qrupunu qeydə almaqdan imtina edib.
MSK qərarını «Respublika» təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayının tələb ediləndən (40 min) az olması ilə əsaslandırıb. MSK-nın gəldiyi qənaətə görə, Müsavat Partiyasının təqdim etdiyi imzalardan 3 min 604-ü etibarsızdır. Etibarsız sayılan imzalar çıxıldıqda, yerdə qalan imzalar qrupun qeydə alınmasına yetməyib.
Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.
Qeyd edək ki, sentyabrın 17-də Milli Şuranın Monarxiyaya son! Şüarı ilə mitinq keçirilib.
Mitinq qurtardıqdan sonrapolislə mitinq iştirakçıları arasındainsident yaşanıb.Bir neçə jurnalisti saxlanıb. Onlar buraxılsalar da, mitinq iştirakçılardan bir neçəsi hələ də buraxılmayıb.