Accessibility links

Arif Hacılı Bakı Şəhər Baş Polis İdarəsində olub


Müsavat Partiyasının başqanı Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı

Avqustun 8-də Müsavat Partiyasının başqanı Arif Hacılı Bakı Baş Polis İdarəsində olub. Onu Milli Şuranın sentyabrın 11-nə və Müsavat Partiyasının sentyabrın 18-nə təyin etdiyi mitinqlərin təhlükəsizliyi ilə söhbət etmək üçün dəvət ediblər.

Bir saatdan artıq davam edən görüşdən sonra Arif Hacılı Bakı Baş Polis İdarəsinin qarşısında jurnalistlərə açıqlama verib.

Arif Hacılı Bakı Baş Polis İdarəsinin Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanlı ilə görüşdüyünü bildirib.

“Mənə deyildi ki, Müsavat Partiyası üzvlərinin guya referendum ərəfəsində lokal aksiyalar, qanunsuz piketlər, polislə qarşıdurmalar təşkil edəcəyi barədə onlara siqnallar daxil olub. Mənim müsavatçılara bundan çəkinmələri haqqında göstəriş verməyimi istədilər. Həmçinin Milli Şuranın 11 sentyabr və Müsavatın 18 sentyabr tarixinə təyin etdiyi mitinqlərə icazə veriləcəksə, həmin aksiyalarda da əsayişin qorunması barədə söhbətimiz oldu”, Arif Hacılı bildirib.

“Cavab olaraq bildirdim ki, Müsavat Partiyası Konstitusiya və qanunlar çərçivəsində fəaliyyət göstərən bir partiyadır. Heç bir qarşıdurma planlaşdırılmır”, o əlavə edib.

Xatırladaq ki, Milli Şura sentyabrın 11-də, Müsavat Partiyası isə sentyabrın 18-də mitinq keçirmək barədə qərar qəbul edib. Aksiyalar sentyabrın 26-da keçiriləcək Konstitasiyaya dəyişikliklər üzrə referenduma etirazla bağlıdır.

XS
SM
MD
LG