Accessibility links

Amnesty International gənclərin həbsindən narahatdır


Amnesty International
Amnesty International

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib

Amnesty International 22 yaşlı Qiyas İbrahimov və 21 yaşlı Bayram Məmmədovun narkotik ittihamı ilə həbs olunmalarından narahatdır.

Təşkilatın bəyanatında deyilir ki, Bayram Məmmədov və Qiyas İbrahimova qarşı cinayət ittihamları görünür ki, siyasi motivli və uydurma sübutlar əsasındadır.

Təşkilat Bayram Məmmədov və Qiyas İbrahimovun xəsarətlərinin müstəqil məhkəmə-tibb eksperti tərəfindən müayinə olunmasını və onların xəsarətlərinin sənədləşdirilməsini təkid edir.

Eyni zamanda hakimiyyəti onlara qarşı quraşdırılmış saxta ittihamları, pis rəftarı dərhal səmərəli və qərəzsiz araşdırma aparmağa çağırır.

22 yaşlı Qiyas İbrahimov və 21 yaşlı Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanılıblar, mayın 12-də Xətai rayon məhkəməsi onları 4 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmədə gənclər polis bölməsində onlarla amansız rəftar olunduğunu bildiriblər.

Gənc fəallar Bayram Məmmədovla Qiyas İbrahimov mayın 11-də saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

XS
SM
MD
LG