Accessibility links

Sergey Lavrovun Ermənistana səfərində əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır


Sergey Lavrov
Sergey Lavrov

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfərində əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsidir.

APA-nın xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, müzakirələr aprelin 22-də başlayacaq:

“Baxmayaraq ki, nazirin səfəri çoxdan planlaşdırılmışdı, görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq. Rusiya bütün səviyyələrdə, prezident, xarici işlər və müdafiə nazirləri səviyyəsində Dağlıq Qarabağda atəşkəsin bərpa olunması istiqamətində səylər göstərib ”

O, S. Lavrovun Yerevana konkret təkliflər paketi ilə getdiyini bildirib:

“Sergey Lavrov heç vaxt heç yerə boş əllə getmir. Amma bunun hansısa plan və ya sənəd olduğunu deyə bilmərəm. Rusiyalı nazir tərəflərin fikrini öyrənməyə gedir. Rusiyanın vasitəçilik missiyasının mahiyyəti də məhz budur”

S. Lavrovun Ermənistandan sonra Azərbaycana gəlməsi gözlənilir.

XS
SM
MD
LG