İntiqam Əliyevin azadlığa buraxılması ilə bağlı Ali Məhkəmənin qərarına beynəlxalq qurumlardan ilk reaksiya Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntdan gəlib
“Hüquq müdafiəçisinin azadlığa buraxılması qərarını alqışlayıram. Bu, doğru addımdır” - yazan AŞPA prezidenti qeyd edib ki, Azərbaycanın məhkəmə sistemi həmişə tam müstəqil fəaliyyət göstərir.
Ali Məhkəmə martın 28-də Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan prezidenti İntiqam Əliyevin azadlığa buraxılmasına qərar verib. Qərar baş prokurorun protesti əsasına çıxarılıb.
İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunmuşdu. Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilmişdi.