Oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinın bölmələrinin həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahli qüvvələrinin hərəkət fəaliyyətinin qarşısı alınıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qarşı tərəfin iki hərbi qulluqçusu öldürülüb, xeyli sayda yaralısı var.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki vermədən cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.
Ermənistan tərəfi hələlik hərbi qulluqçularının həlak olması və ya yaralanması ilə bağlı məlumatları təsdiq etməyib.