Sentyabrın 27-də BMT Baş Assambleyası çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri C.Uorlik (ABŞ), P.Andrie (Fransa), İ.Popov (Rusiya) və ATƏT-in hazırki sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi A.Kaspşiklə görüşüb.
Rusiya Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Qarabağ nizamlanmasına dair aktual məsələlər, Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində hazırki vəziyyət müzakirə edilib.
“Çox şadam ki, Dağlıq Qarabağ nizamlanması prosesində irəliləmək üçün qəbul edilən addımlara əlavələr edə bilmək üçün imkan yaranıb”, - İTAR-TASS agentliyi S.Lavrovdan sitat gətirib. S.Lavrov həmsədr ölkələrin bu prosesə sadiq olduğunu bildirib.